XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. Azərbaycan xalqının səbir kasası getdikcə tükənirdi. Etiraz dalğası gündən-günə böyüyürdü. Meydan xalq hərəkatının birinci - kortəbii mərhələsinin zirvəsi idi. Meydan xalqımızda özünə inam yaratdı. Xalqımız artıq təşkilatlanmağın, vahid cəbhədə birləşməyin vacibliyini dərk etdi. Xalqın mənafeyini yalnız özünün hakimiyyətə gətirdiyi rəhbər müdafiə edə bilərdi. Xalqımız Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu görür və onun yenidən respublika rəhbərliyinə qayıtmasını arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə zonasında və ətraf rayonlarda, Heydər Əliyevin portretləri ilə çıxırdılar. Heydər Əliyev iyulun 22-də Naxçıvanın "Azadlıq" meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqdə çıxış etdi. Xalqın nümayəndələri ilə görüşlər keçirdi. Heydər Əliyev xalqı, azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırırdı. 1991-ci il avqustun 30 da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Azərbaycan xalqının tarixində yeni dövr başlandı.Azərbaycan dövlətinin inkişafına mane olan amillərə qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa şərait yaradan halların aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirilmiş, müvafiq təşkilati və praktiki tədbirlər planlaşdırılmış və uğurla həyata keçirilmişdi. Respublikada sabitliyin bərqərar olunması xalqın iqtidara və hüquq- mühafizə orqanlarına inamının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb oldu. Ayrı-ayrı siyasətbazların milli taleyimizlə pərdəarxası oyunlarına, siyasi anarxiya və eksperimentlərinə son qoyuldu.Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası (YAP) zamanın tələbindən yarandı. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadirdir. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi. Dünənin, bugünün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün, nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası hər zaman, qeyri-şərtsiz, qarşısına qoyulan vəzifələri yerinə yetirir. YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır. Dünyanın sağ mərkəzçi hakim partiyaları ilə YAP-ın geniş və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyev ideyalarını özündə əks etdirən Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsində mühüm töhfə kimi qiymətləndirilir. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir.Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri də dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir neçə il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitini dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı çıxışında qeyd edib ki, “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”, “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.” Son zamanlar iqtidarın şahidi olduğumuz dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasına xidmət edir. Heç də təsadüfi deyil ki, Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı ilə bağlı fərqli təşəbbüslərin artım dinamikası müşahidə olunur. Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir. Beləki, ölkə rəhbəri bütün siyasi qüvvələri açıq və demokratik rəqabətə çağırıb. Siyasi partiyalar haqqında yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Siyasi partiyalar haqqında yeni Qanunu hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasətin təzahürü deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Siyasi dialoqu, onun əhəmiyyətini bir çox partiya rəhbərləri də qeyd edərək, ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olduqlarını bildirirlər.Aydın Əliyev,Xocalı rayon Qaragav kənd tam orta məktəbin direktoru